Avropa Rusiyaya gizli yolla mal satmağa çalışır

Avropa bir tərəfdən Rusiyaya qida məhsulları ilə bağlı sanksiya tətbiq edir, digər tərəfdən isə Avropa firmaları Türkiyə üzərindən Rusiyaya mal satmaq istəyirlər.

ANS PRESS-in məlumatına görə, bu sözləri Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin rəhbəri Nail Olpak bildirib.

O, bildirdi ki, Rusiyaya qarşı sanksiyaların tətbiq eilməsi nəticəsində Avropa şirkətlərinin məhulu əlində qalıb. Ona görə də həmin şirkətlər ixracı birbaşa Rusiyaya deyil, Türkiyə üzərində həyata eçirməyə çalışırlar. Ümid edirik ki, Avropada vəziyyət addım-addım da olsa yaxşılığa doğru gedəcək.

“Avropa iqtisadiyyatında yerində addımlama yeni deyil, 2008-ci ildən bu yana davam edir. Türkiyənin bu gün ixracatının 50% Avropaya həyata keçirilir. Ona görə də Avropa iqtisadiyyatının inkişafını istəyirik”, deyə Nail Olpak bildirib. …read more

From:: ANS