Onlar bilir ki, Ermənistan Azərbaycanı işğal edib (VİDEO)

İndi yəqin ki, kimlərsə oturub mənə rusofil, rusmeylli birisi yarlığını yapışdırmaq üçün üstümdə boş yer axtarır. Ehtiyac yoxdur, cənablar. Mən sadəcə faktları sadalyıram. Olan vəziyyəti izah edirəm və məni Rusiya filana bağlamaq istəyənlər yəqin ki, özləri də başa düşürlər ki, bu inandırıcı deyil, hətta gülməlidir. Faktlar isə tərs şeydir. Məsələn, bu həftə SOKAR və Qazprom Bank 420 milyon dollarlıq sənəd imzaladılar. 2 milyard dollarlıq kredit limiti də Qazprom Bank Azərbaycan üçün SOKAR üçün açdı. Rusiya çətin, böhranlı bir vəziyyətdə, amma Azərbaycanda etibarlı tərəfdaşı qiymətdəndirir. Mən də bundan danışıram da elə. Əslində dünyada əbədi heç nəyin olmadığı və yeni şəraitə uyğundaşma zərurətinin çoxdan yarandığını hamımız yaxşı bilirik. Sadəcə dilimizə gətirmirik. Biz isə bu mövzularda artıq susmamaq qərarına gəldik. Gələn il Azərbaycanda parlament seçkiləri olacaq. Adətən dostlar da, düşmənlər də belə məsuliyyətli vaxta özünəməxsus şəkildə hazırlaşır. Son zamanlar belə vacib siyasi kampaniyaların hansı şəraitdə və hansı siyasi proseslərlə, bəzən, hətta qarışıqlıqla müşahidə olduğu heç kəsə sirr deyil. Dünən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi ölkənin siyasi partiyaları ilə görüş təşkil etmişdi və hakimiyyət tərəfdən görüşdə şöbə müdiri Əli Həsənov iştirak edirdi. Düzdür, görüş qapalı olduğundan mən dəqiq deyə bilmərəm ki, burada partiyalara 2015-ci ilin seçkləri ilə bağlı hansısa konkret tövsiyə verildi ya yox, amma bir məsələ dəqiqdir ki, ölkədə ictimai-siyasi vəziyyət. Ayrı-ayrı hadisələrdən istifadə edib idarəolunmaz proseslər yaratmaq hallarına mütləq toxunulub. Bir halda ki, görüş qapalıdır, onda onun təfərrüatlarına gəlin biz də varmayaq. Qoyun qapalı olsun. Onsuz da Əli Həsənova verməli olan başqa suallar çoxdur… Və biz də ona başqa suallar verəcəyik. Az maraqlı olmayan.

“Hesabat”ın qonağı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur.

– Əli müəllim son zamanlar Azərbaycanda sabitliyin ayrı-ayrı fərdlər səviyyəsində pozulması hallarına mən rast gəlirəm. Ayrı-ayrı fərdlər! Dövlət nümayəndələrinə hücumlar olur, polis əməkdaşlarına hücumlar olur. Sanki bu əməlləri törədən insanların yadından 1991-1992-ci illərin qarışıq vaxtları çıxıb? İstəyirəm bu məsələlərə münasibətinizi bildirəsiniz. …read more

From:: ANS