İftar süfrəsində zəhərlədilər: 45 ölü

Ramazan ayında verilən iftar süfrəsi İŞİD terror qruplaşmasının 45 silahlısı üçün həyatda son olub. ANS PRESS-in məlumatına görə, hadisə İraqın Mosul şəhərində məsciddə baş verib. Kürdüstan Demokrat partiyası xəbər verib ki, İŞİD çilər ələ keçirdikləri şəhərin məscidlərindən birində şam yeməyi zamanı qidadan zəhərləniblər. Nəticədə 45 nəfər ölüb, xeyli sayda terrorçunun vəziyyəti ağırdır.

Hələlik döyüşçülərin kim tərəfindən zəhərləndiyi bəlli deyil. Verilən məlumatlara əsasən, işğalçıların yeməyinə zəhəri İŞİD zülmündən və vəhşiliklərindən bezən yerli sakinlər edə bilər. Həmçinin bu hadisə İŞİD terror qruplaşmasının rəqiblərinin xüsusi əməliyyatı ola bilər.

Oxşar belə bir hadisə 2014-cü ilin noyabrında Suriyada baş verib. O, vaxt bayram yeməyindən sonra onlarla İŞİD terrorçusu ölmüşdü. Onda məlum olmuşdu ki, hadisəni Başar Əsəd hökumətinin kəşfiyyatı törədib. Agent aşpaz rolunda düşərgəyə girərək terrorçuları zəhərləmişdi. …read more

From:: ANS