Rusiyada azərbaycanlı öldürüldü

Rusiyada azərbaycanlı qətlə yetirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, qətlə yetirilən taksi sürücüsü olub. Onun meyiti Moskva Dövlət Universitetinin kitabxanasının yaxınlığında, maşınla birlikdə tapılıb.

Meyit 36 yaşlı Şahlar Quliyeva məxsus olub. Meyitin üzərində ölümcül bıçaq xəsarətləri olub.

Məlumata görə, Ş.Quliyev Azərbaycandan Rusiyaya qazanc dalınca gəlib və universitet rayonunda çalışıb.

“O, taksi idarə edirdi. Normal çalışırdı. Metronun yanında dayanırdı. Arada onunla zəngləşirdik. Onun bu ərazidə nə etdiyini bilmirik”, deyə qohumlarından biri bildirib.

Polis hadisənin baş vermə səbəbini müəyyən etməyə çalışır. Hadisə ilə bağlı cinayət işi açılacaq. …read more

From:: ANS