Rus milyarder Qarabağda mətbuat konfransı keçirəcək

Ailəsi ilə birgə Qarabağa köçən qalmaqallı rusiyalı milyarder German Sterliqov bazar ertəsi mətbuat konfransı keçirəcəyini bildirib. ANS PRESS-in məlumatına görə, Sterliqov bu haqda “Vkontakte” sosial şəbəkəsində xəbər yayıb.

“Bu gün dağdan aşağı enib internetə girdim və dəli oldum. Qarşıdakı bazar ertəsinə mətbuat konfransı təyin edirəm. Mətbuat konfransının keçiriləcəyi yer Dağlıq Qarabağda Şuşa şəhəridir”, – deyə rusiyalı milyarder yazıb.

German Sterlinqov

Bir gün əvvəl Sterliqovun vəkili Artur Ayrapetov biznesmenin Dağlıq Qarabağa köçməsini təsdiq edib. Ayrapetov biznesmenin bütün ailəsi ilə bərabər getdiyini qeyd edib. O, biznesmenin gedişinin nəylə bağlı olduğunu izah edə bilməyib.

Artur Ayrapetov

Vəkil Artur Ayrapetov: “Dağlıq Qarabağda indi kifayət qədər günəşli, gözəl, yaxşı, ekoloji təmiz hava var. Bütün bunlar haqqında German Lıvoviç uzun müddət arzu edib və indi burada o tam istirahətdədir. Buna görə, mümkündür ki, bura onun xoşuna gələcək və hansısa bir vaxt ərzində o Qarabağda qalacaq. Hazırda o ikinci qəsəbənin tikintisi üçün yer axtarır, amma artıq Qarabağda. Burada onun kifayət qədər çox yaxşı və maraqlı tanışları, nüfuzlu insanlar var. Amma düşünmürəm ki, o həmişəlik orada qalmayacaq. German Lıvoviç geri qayıdacaq”.

Rusiyalı milyarder Qarabağa köçdü

Qarabağa köçən rusiyalı milyarderin vəkili danışdı

Rus milyarder Azərbaycanın “qara siyahı”sına salınacaq …read more

From:: ANS