Türkiyədə güclü partlayış (VİDEO, YENİLƏNİB)

Türkiyədə fişəng fabrikində bir neçə saat bundan əvvəl baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanlar var.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

…20:52…

Türkiyənin Sakarya vilayətində güclü partlayış olub.

ANS PRESS-in məlumatına görə, partlayış fişəng fabrikinin anbarıda baş verib.

Hadisə nəticəsində yaralananlar var. 1 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.

Partlayış yerinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Lakin yanğını söndürmək hələlik mümkün olmayıb.

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.

…read more

From:: ANS