Avropa İttifaqı: oyuncaq dövlət (VİDEO)

Rusiyanın “Cənub axını”ndan imtina etməsinə sərt reaksiya göstərmək istəyən avropalılar bu həftə, dekabrın 9-da yığıldılar. Danışdılar və növbəti dəfə söz verdilər. Söz verdilər ki, bu dəfə daha axırıncı dəfədir. Növbəti axırıncı dəfə. Xəstə əməliyyat stolunda. Cərrah isə əllərini heç cür yuyub qurtara bilmir ki, bilmir…

İndi gəlin aydınlaşdıraq: bu Avropa İttifaqı dediyimiz nədir? Bu dövlətdirsə, gərək elan eləsin ki, mən dövlətəm və BMT də onu tanısın. Bir dövlət kimi. Dövlət deyilsə, gərək dövlət olmaq iddiasından əl çəksin. Amma Avropa İttifaqı həm dövlət olmaq istəyr, istəyir ki, səlahiyyətləri olsun… həm də dövlət olmaq istəmir, istəmir ki, məsuliyyəti olsun. Bu əcaib-qəraib qurum öz uzvlərinin valyuta-maliyyə sisteminə, siyasi prioritetlərinə nəzarət etmək istəyir, vəssəlam. Artıq Avropa Birliyinin səmərəsiz bir qurum olması çoxlarında şübhə doğurmur. Bu qurum öz üzvlərinin suverenliyindən getdikcə daha çox kəsir.

Məsələn, mənə elə gəlir ki, Avropa Birliyi üzvünün suverenliyinin həcmi MDB üzvünün suverenliyinin həcmindən dəfələrlə azdır. Çünki MBD öz üzvünə demir ki, bu dövlətlə müqavilə bağla, o birisi ilə yox. MDB üzvü istəyəndə öz Bakı-Tiflis-Ceyhanını da çəkir, Bakı-Ərzurumunu da. Hələ bir 21-ci əsrin qaz müqaviləsini də imzalayır. MDB-də təbii ki, Ermənistan kimi istisnalar da var, amma biz müstəqil MDB üzvündən danışırıq… Avropa Birliyi isə öz üzvünə əmr edir ki, səndən boru keçməyəcək. MDB də ölkələrin suverenliyi daha etibarlı şəkildə qorunub saxlanır. Avropa Birliyi isə üzvlərinin bütün mühüm rıçaqlarını əlinə alıb və onu kilimarası idarə edir. Xalisə Qaragöz teatrı. Məsələn, götürək lap elə Bolqarıstanı… Bolqarıstanı Rusiyanın “Cənub axını” layihəsini iflasa uğratmağa faktiki olaraq məcbur etdilər. İtirən əlbəttə ki, həm də Bolqarıstan oldu. Avropa Birliyi yox. Amma nəyin və kimin maraqlarına görə. Avropa Birliyinin anlaşılmaz, dumanlı mənafelərinə görə… Ya da götürək Yunanıstanı. Ölkəni indi Zevs də xilas edə bilmir. Müflisləşmiş, ac və qəzəbli insanların həftə 8 mən 9 alt-üst etdiyi ölkəni ayağa qaldırmaq üçün Afina öz var-yoxunu satmaq istəyir. Almaq istəyən də …read more

From:: ANS