Rusiyanın Su-24 təyyarəsi qəzaya düşdü: pilotlar həlak oldu (FOTO)

Rusiyanın Xabarovsk ərazisində Su-24M bombardmançısı qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.

“Təyyarə Xurba aerodromu ərazisində plan üzrə tədris təlim uçuşunun icra edərkən qəzaya düşüb. Hər iki pilot hadisə yerində həlak olub”, – deyə xəbərdə deyilir.

Təyyarə Moskva vaxti ilə 14:35-də qəzaya düşüb, Su-24M düşdüyü yerdə dağıntılar yoxdur. Xurba aerodromu Komsomolsk-na-Amurun cənub kənarında yerləşir. Orada Su-24M təyyarələrinin 277-li bombardmançı aviapolku yerləşir. Su-24 – gecə və gündüz, sadə və mürəkkəb meteoroloji hava şəraitlərində raket-bomba zərbələrinin vurulması üçün nəzərdə tutulmuş, qanadıyla dəyişdirilən həmçinin yerüstü və suüstü hədəflərin kiçik hündürlüklərdə vurmağı bacaran sovet və Rusiya cəbhə bombardmançısıdır.

Su-24 təxminən 30 ildir Rusiyanın Hərbi Hava Qüvvələrlərində əsas texnikalardan biri hesab olunur. Su-24 idarə etmədə kifayət qədər mürəkkəb hesab edilir və qəza vəziyyəti yüksək səviyyəyə malikdir.

Rus təyyarəsi qəzaya düşdü …read more

From:: ANS