88 yaşlı Fidel Kastro pendir istehsalçıları ilə görüşdü (VİDEO)

Kubanın keçmiş rəhbəri Fidel Kastro son aylar ərzində ilk dəfə ictimaiyyəti qarşısına çıxıb.

ANS TV-nin məlumatına görə, Kuba dövlət televiziyası 88 yaşlı Fidel Kastronun paytaxt Havana yaxınlığında yerli pendir istehsalçıları ilə görüşünün görüntülərini yayımlayıb.

Verilən məlumatlara görə, Kastronun 20-ə yaxın mütəxəssislə görüşü 4 saatdan çox davam edib.

1959-cu ildə inqilab nəticəsində hakimiyyətə gəlmiş Fidel Kastro 2008-cı ildə səhhətilə əlaqədar hakimiyyəti qardaşı Raul Kastroya təhvil vermişdi.

O zamandan bəri ictimaiyyət arasında nadir hallarda görünən Kastronun hətta öldüyü barədə məlumatlar da yayılırdı.

…read more

From:: ANS