Adları tarixə düşmüş seksual manyaklar…

Manyakı qətil törətməyə nə vadar edir? Silsilə qətillər və ya hansıza qətl törəndikdə bu sual həmişə meydana çıxır. Qətlin səbəbi nədir? Səbəb həmişə müxtəlif ola bilər: kasıbçılıqdan giley-güzar dan tutmuş, qisas hissi, psixi pozuntular və s. Psixologiya və konsultasiya mərkəzinin həkim-psixiatrı Denis Rzayev bu məqalə vasitəsi ilə bizə “manyak” adlandırılan qatiləri qətl törətməyə nə vadar etdiyini aydnlaşdırmağa çalışacaq.

Bir çox qatillər öz hərəkətlərinə ”qana hərislik” həvəsi kimi bəhanə gətirirlər. Məsələn Albert Fiş törətdiyi qətilləri belə motivə edir. Yəni manyak qətli ancaq qətl törətmək həvəsinə görə törətdiyini etiraf edir.Bu əlbətdə ki, qətl törətməyə əsas ola bilməz və manyakın düşüncəsində gəldiyi nəticə və bəhanədən başqa bir şey deyil. Qeyd etmək lazımdı manyakın nə deməsindən aslı olmayaraq onu qətl törətməyə nə isə həvəsləndirir. Bəzən qətlin motivi onun tam özünədə aydın deyil. Əvvəlcədən qeyd etmək lazımdı ki, manyak tərfindən törədilmiş istənilən qətlin birinci motivi seksual xarakter daşıyır. Başlanğıcda bu o qədər də nəzərə çarpmasa da danılmaz fakdır. Məsələn: heteroseksual manyakların qurbanı əks cinsin nümayəndələri olur. Ted Bandini misal çəkmək olar. Homaseksual qatillərdə isə qurbanlar öz çinsinin üzvləri olur. Bunun misalı kimi Con Qeysi göstərmək olar. Yuxarıda adları çəkilən hər iki manyak-qatil seksual manyaklardır və hər ikisi öz qurbanlarını çinsi istismar edirdi . Əlbətdə bəzən törədilən qətllərin dəhşətliyi qarşısında seksual mötiv ikinci plana keçsə də, çinsi ehtirasın bu qətillərdəki rolu danılmazdır.

Bəzi manyakların formalaşmasında ətraf mühit və ailə böyük rol oynayır. Onlardan bir çoxu uğursuz ailələrin övladı olur. Məsələn Edvard Qeynin atası-alkoqol düşgünü, anası-dini fanatizmə dücar olan qadın idi. Qenri Li Lyukasın anası isə yarımağıllı içki düşgünü və fahişə idi. Qadın oğlunu qadın geyimi geyməyə məcbur edib, onu ələ salır və döyürdü. Edmond Kemperin valdeyinləri öz aralarında dava edərkən anası on yaşlı oğlunu saraya bağlayırdı və onun həmişə baclılarına qarşı cinsi zor tətbiq edəciyindən qorxurdu. Ona görə də təsədufi …read more

From:: ANS