Məşhur müğənni prezidentlərlə belə məzələndi (FOTO)

Rusiyanın ən öndə ifaçılarından biri olan Nikolay Baskov məzəli foto ilə gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, Vladimir Putinlə selfisindən sonra sosial şəbəkədə paylaşdığı foto günün ən çox müzakirə olunan mövzusuna çevrilib.

Siyasətçilərlə bağlı zarafat etməyi ağlına gətirən rusiyalı müğənninin hədəfi Rusiya prezidenti Vladimir Putin və Ukraynanın prezidenti Petra Poroşenkonu hədəf seçib.

O, öz səhifəsində yerləşdirdiyi “Taleyin işarəsi” adlı fotoya, “nə demək olar… hər şey aydındır” – şərhini verib.

Foto Ukrayna prezidentinin asılması, Rusiya prezidentinin isə tac qoyulmasını simvolizə edir.

Rusiya mətbuatı Baskovun bu fotosunu təklif kimi qarşılayıb. “Baskov Poroşenkonun asılması, Putinə tac qoyuilmasını təklif edir” başlıqlı xəbərlər yazıblar.

…read more

From:: ANS