Mitinqlə bağlı açıqlama

“Müsavat partiyasının bu gün keçirdiyi mitinq bir daha onu göstərdi ki, artıq bunların Azərbaycan cəmiyyətində nəinki dəstəyi, heç hörməti də qalmayıb”.

ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəliki Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, Müsavat partiyasının malik olduğu sosial baza, elektorat bundan ibarətdir:

“Uzun mddətdir guya mitinqlərə hazırlıqla bağlı müxtəlif bəyanatlar verirdilər, populyar mövzular axtarırdılar ki, kimləri cəlb edə biləcəklər, xarici təşkilatları bu işlərə cəlb edib onlardan maliyyə alacaqlar, amma nəticə etibarı ilə jurnalistlər, təhlükəsizlik xidmətinin əməkdaşları da daxil olmaqla mitinqdə 400-dən bir az çox adam var idi. Bu bir daha onu göstərir ki, insanlarda bunlara heç bir inam yoxdur”.

S.Novruzov əlavə edib ki, bu mitinq həm də onu təsdiq etdi ki, Müsavat partiyasının daxilində çox böyük ziddiyətlər var: “Bütün bunlar həm partiyanın parçalanması, həm ümumiyyətlə cəmiyyətin artıq bu partiyalara etimadının olmaması, sosial bazanın, elektoratının olmaması, partiya daxilində islahatların aparılmaması və cəmiyyət üçün lazım olan hər hansı bir ideyanın, fikirin, yeniliyin gətirəlməməsindən irəli gəlir”. …read more

From:: ANS