BAOƏK azərbaycanlı nazirə məktub göndərdi (FOTO)

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi “Bakı – 2015 Avropa Oyunları” ərəfəsində göstərdiyi xidmətlərə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və İdman Əməliyyatları Departamentinin müdiri Mark Honeybunn “Bakı-2015 Avropa Oyunları”ndan əvvəl və oyunların keçirildiyi müddətdə göstərdiyi meteoroloji və ekoloji müşahidələr, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırova təşəkkür məktubu göndərib. Məktubda deyilir:

“Bakı-2015 Avropa Oyunlarından əvvəl və oyunların keçirildiyi müddətdə Nazirliyinizin müvafiq qurumları tərəfindən göstərilmiş meteoroloji və ekoloji müşahidələrə, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Sizə öz təşəkkürümüzü bildirmək istəyirik.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Atlet Xidmətləri və İdman Əməliyyatları Departamenti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin oyunlara cavabdeh qurumları arasında hələ 2014-cü ilin noyabr ayından sıx əlaqələr yaradılmışdır. Məmnuniyyətlə bildiririk ki, yüksək professionallardan ibarət komandanızla ilk görüşdən qarşılıqlı inam və anlaşma əlaqələri yaranıb.

Oyunlar vaxtı Milli Hidrometeorologiya Departamenti əməkdaşlarının meteoroloji avadanlıqların quraşdırıldığı idman obyektlərində növbətçiliyi qrafikə uyğun təmin olunaraq meteoroloji məlumatlar və proqnozlar vaxtında BAOƏK-in mərkəzi qərargahına ötürülüb. Hava proqnozlarının yüksək keyfiyyətini əlavə qeyd edirik.

İlk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasında Nazirliyinizin üzərinə düşən məsuliyyətli vəzifəni yüksək səviyyədə yerinə yetirdiyinizə və göstərdiyiniz dəstəyə görə Sizə və müəyyən etdiyiniz komanda üzvlərinə öz təşəkkürümüzü bildiririk”.

Bakıda Birinci Avropa Oyunları iyun ayının 12-dən 28-dək keçirilib. 17 gün ərzində 20 idman növü üzrə 6 min idmançı mübarizə aparıb. Oyunlar keçirilən müddətdə küləkli hava şəraiti ilə bağlı olaraq ancaq velosiped yarışlarının günü dəyişdirilib.

Təşəkkür məktubu …read more

From:: ANS