Samvel Nikoyan: Serj Putin qarşısında diz çöküb (FOTO)

“Ermənistanın bütün energetika sistemi Rusiyanın əllərində cəmləşib və bu, ölkə həyatı üçün yaxşı heç nə vəd etmir.”

ANS PRESS-in məlumatına görə, bunu Respublika Partiyasından olan deputat Samvel Nikoyan bildirib.

O, son vaxtlar ölkədə cərəyan edən hadisələrdə Moskvanı günahlandırıb, İrəvan hakimiyyətini Kremlə yaltaqlanmaqda günahlandırıb.

Onun sözlərinə görə, indiki İrəvan rejimi Rusiya hakimiyyəti qarşısında diz çöküb. Sarkisyan hakimiyyəti idarəetməni bacarmır. Çünki onlar Ermənistanda daha məsuliyyətli sosial siyasət aparmaq gücündə deyillər.

S.Nikoyan diqqətə çatdırıb ki, “Ermənistanın Elektrik Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətində audit 2014-cü ildə də aparılırdı. Ermənistan prezidentinin çıxışı nümayişçilərin tələblərinin yerinə yetirilməsinə xidmət etmir. Prezidentin danışığı vaxt uzatmağa xidmət edir. Əlbəttə, o, görüntü olaraq xalqa göstərmək istəyir ki, şirkətlər məsuliyyətini anlasınlar. Əslində isə, Serj Sarkisyan Ermənistanda inhisar sahələrinin sahibidir. Bu, mənim fikirimdir. Qarşıdakı audit ictimaiyyətin QSC-yə şübhəsini aydınlaşdıracaq ki, 7 dramlıq artım bəraət qazandırmaq olar. ya yox.

Samvel Nikoyan deyib ki, bu, hakimiyyətin növbəti metodudur: “Gözləyək görək, auditin nəticələri ictimaiyyətə daha açıq təqdim olunacaqmı? Buna ictimaiyyət inanacaqmı, ya inanmayacaqmı?! Bax, bu, əlavə problemlərə yol açacaq”.

(Samvel Nikoyan)

O vurğulayıb ki, Ermənistanın bütün energetika sisteminn öz dövlətinin əlində olmasını çox istəyir.

Xatırladaq ki, bu il iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.

Etirazın mitinqi iyunun 23-də axşam daha da genişlənib, Azadlıq meydanına toplaşaraq yenidən Baqramyan prospektinə gedib və indiyədək orada gecə-gündüz etirazlarını davam etdirirlər. Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşacaq.

(İrəvandakı etiraz aksiyası)

İrəvan aksiyaçıları indi də oxumağa başladılar (FOTO, VİDEO) …read more

From:: ANS