İllərlə qurduqları ev bir gecədə yox oldu…

Masallıda güclü yanğın hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinə istinadən verdiyi məlumatına görə, gecə saatlarında Masallı şəhərinin Dadva məhəlləsində 38 yaşlı Ülviyyə Kərimovaya məxsus ikimərtəbəli, 4 otaqlı fərdi yaşayış evində güclü yanğın baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq 2 mərtəbəli yaşayış evi içindəki avadanlıqlarla birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

Yanğının əhatə dairəsinin genişlənməsinin və güclü alov dalğasının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 198 kvadratmetr olan evin 110 kvadratmetri içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə vaxtı ev sahibləri evdə olmadıqlarından xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbləri aparılan araşdırmalar nəticəsində ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. …read more

From:: ANS