Türkiyə bu azərbaycanlıdan danışır (VİDEO, FOTO)

Azərbaycanlı aktyor Üzeyir Novruzovun ABŞ-da göstərdiyi möhtəşəm şoudan Türkiyə mətbuatı yazıb.

ANS PRESS-in məlumatına görə, NTV kanalının saytında yerləşdirilən məqalədə deyilir ki, ““America s got Talent” şouda iştirak edən Azərbaycan əsilli Üzeyir Novruzov münsifləri özünə heyran etdi:

“Novruzovun Çarli Çaplini təqlid edərək nərdivanla etdiyi inanılmaz hərəkətləri jurilər ayaq üstə alqışladılar”.

Türkiyənin digər tanınmış saytları da azərbaycanlı artistin göstərdiyi şoudan yazıblar.

Çarli Çaplinin fanatı olduğunu deyən Üzeyir Novruzov ABŞ-da müxtəlif sirk tryüklərini yerinə yetirdiyini bildirib.

Öz bacarığı ilə jürini heyran edən Üzeyir onlar tərəfindən bəyənilib və növbəti mərhələdə iştirak hüququ qazanıb.

Üzeyir Novruzovun iki qardaşı var, hamısı sirkdə işləyir. İki qardaş birlikdə çalışır, Avropa ölkələrini qastrollarla dolaşırlar. Üzeyir isə Moskva Sirk Məktəbini başa vurandan sonra öz solo-nömrəsi ilə çıxış edir. 4 qitəni, ölkələri, şəhərləri dolaşandan sonra ABŞ-da qalmağa qərar verib.

Novruzov Amerikaya ilk dəfə 2000-ci illərin əvvəllərində yollanıb. Sonra qastrollara gedib. “Cirque du Soleil” ilə növbəti dəfə Amerikada qastrollarda olanda orada qalmağa qərar verib. Ailə qurub, Kaliforniyada uşaqları anadan olub.

O, sonuncu dəfə Bakıda və Gəncədə 2012-ci ildə olub. …read more

From:: ANS