ABŞ-ın büdcəsi təsdiqlədi

Dünyanın ən nəhəng və güclü dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının 2015-ci il üçün dövlət büdcəsi təsdiqləndi.

ANS PRESS-in məlumatına görə, ABŞ Senatı fikir ayrılıqları ilə müşayiət olunan ciddi müzakirələrdən sonra ölkənin dövlət büdcəsini qəbul edib. Qanun layihəsinin lehinə 56, əleyhinə isə 40 senat səs verib.

Dekabrın 13-də qəbul edilmiş qanuna əsasən, federal büdcə 1,1 trilyon dollar həcmində müəyyənləşib.

ABŞ-da yeni maliyyə ili bu il oktyabrın 1-dən başlayıb və hökumət indiyədək müvəqqəti maliyyələşmə haqqında qətnamə əsasında fəaliyyət göstərib.

Büdcə layihəsinin müzakirəsi Konqresin Nümayəndələr Palatasında və Senatda ciddi fikir ayrılıqları ilə müşayiət olunub. …read more

From:: ANS