ABŞ-da etiraz dalğası (FOTO)

Amerika Birləşmiş Ştatlarında polisin qaradərili silahsız insanları öldürülməsinə qarşı kütləvi etiraz aksiyaları davam edir.

ANS PRESS-in məlumatına görə, aksiyalar Bruklin polisinin təsadüfən güllələdiyi Akay Qarli, polisin boğaraq öldürdüyü 43 yaşlı Erik Qarner, eləcə də bu lin avqustunda Missuri ştatının Ferqüsson şəhərində öldürülmüş 18 yaşlı Maykl Braun adlı qaradərililərə həsr edilib.

Paytaxt Vaşinqton və Nyu-York şəhərlərində minlərlə insan toplaşaraq Federal hökumətdən rasizmə qarşı qanuni tədbirlər görülməsini tələb ediblər. Vaşinqtonda 10 min, Nyu-Yorkda 25 min etirazçının küçələrə çıxdığı bildirilir. Etirazçıların önündə polis əməkdaşları tərəfindən qətlə yetirilənlərin ailələri də qatılıb.

“Hamı üçün ədalət” və “Biz ədalət tələb edirik” adı altında keçiriln mitinqlərdə 10 minlərlə insan iştirak etdi. Aksiyanın məqsədi silahsız qaradərililərin polis tərəifndən öldürlməsinə diqqət çəkmək və qanuni addımların atılmasına çağırış etmək idi. Aksiyanı bir neçə Vətəndş hüquqları qurumları təşkil etmişdi. Təşkilatçıları bildirdilər ki, bəziləri onların həyatını qiymətləndirmir. Bura toplaşmaqla onlar hər kəsi qardərililərə hörmək etməyə çağırdılar. Aksiyaya toplaşanlar hüquq-mühafizə orqanlarında islahatlar aparımasını və Konstitusiyanın hər bir amerikalı – qara, ağ, qırmızı, sarılar üçün bərabər olmasını istədilər. Etirazçılar əllərində müxtəlif şüarlar yazılmış plakatlar tutmuşdular. Şüarlar isə dəyişməz olaraq qalırdı. “Sülh yoxdur, ədalət yoxdur”, “Əllər yuxarı, atəş açma”, “Mən nəfəs ala bilmirəm”. Etirazçılar qardərililəri öldürən polislər həbs edilməyənədək aksiyalarını dayandırmayacaqalarını deyirlər.

Əllərində “Biz ədalət tələb edirik!” şüarları ilə hərəkət edən aksiya iştirakçıları, qaradərililəri öldürən polislərin layiqli cəzalarını alacaqlarına ümid etdiklərini və etiraz səslərinin nəticə verəcəyini düşündüklərini bildiriblər. Etirazçılar bildiriblər ki, hökumət bu insanların hüqqularına hörmətlə yanaşmalıdır və polislərə bu cür geniş səlahiyyətlər verilməməlidir.

Daha sonra aksiya iştirakçıları Konqres binasına doğru yürüş etdilər. Aksiyaya polis tərəfindən öldürülən qardərili Maylk Braun, Erik Qarer, Trayvon Martin, Tamir Raysın ailə üzvləri də qatılıb.

Oğlunun qatilinin hələ də azadlıqda olmasından təəssüf hissi keçirən Erik Qarnerin anası Qvin Qar aksiyanın tarixi məqam olduğunu deyir: “Bu gün hər kəsin burada bizimlə bir yerdə durmağını görmək çox xoşdur. …read more

From:: ANS