Hollandiya yığmasında yeni baş məşqçi

Hollandiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. ANS PRESS-in məlumatına görə, bu buradə Hollandiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, baş məşqçi potsu Danni Blində tapşırılıb. Onun 2018-ci ilin avqustuna qədər müqavilə imzalanıb.

53 yaşlı mütəхəssis 2012-2015-ci illərdə Hollandiya yığmasında baş məşqçinin köməkçisi işləyib. Blind son olaraq Qus Hiddinkin köməkçisi olub. O, əvvələr “Ayks”da baş məşqçi və köməkçi, “Sparta”da köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

…read more

From:: ANS