Türkiyənin müdafiə naziri kim olacaq?

Türkiyənin müdafiə naziri İsmət Yılmazın parlamentin spikeri seçilməsindən sonra Ankara kulvarlarında gündəmi ən çox məşğul edən sual budur: Müdafiə naziri kim olacaq. ANS PRESS-in məlumatına görə, baş nazir Əhməd Davudoğlu bu barədə verilən suallara cavab verib. Davudoğlu ölkədəki, xüsusilə cənub şərqdəki şərtləri nəzərə alaraq müdafiə nazirliyi vəzifəsinə müvəqqəti icraçının təyin olunmasının doğru olmayacağını bildirib. Baş nazir böyük ehtimalla müəyyən olunacaq şəxsin bir başa müdafiə naziri təyin olunacağını deyib:

“Bir nəfəri təyin edəcəyəm. Yəni, Türkiyənin bu şərtlərində bu vəzifədə müvəqqəti icraçının olmasını düzgün görmürəm. Qısa müddətli boşluq olmaması üçün, qarşıdakı prosesin də uzana biləcəyini nəzərə alaraq böyük ehtimalla bu vəzifəyə bir başa təyinat olacaq”.

Qeyd edək ki, İsmət Yılmaz 24-cü çağırış Türkiyə parlamentinin millət vəkili seçilib və 2011-ci ildən Türkiyənin Milli Müdafiə Naziri olub. İsmət Yılmaz ölkəmizdə keçirilən hərbi təlimlər və s. hərbi razılaşmalar üçün bir neçə dəfə Türkiyə cümhuriyyətinin müdafiə naziri kimi Azərbaycanda və Naxçıvanda rəsmi səfərdə olub. …read more

From:: ANS