İş adamının Qusardakı evində qətl törədən tutuldu (FOTO)

Ötən gecə Qusar rayonunun Çiləgir kəndində tanınmış iş adamının evində qətl törədən şəxsi polis yaxalayıb. Bu barədə ANS PRESS-ə kənd sakinləri məlumat verib.

Verilən məlumata görə, Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyevi ov silahı ilə güllələyərək qətlə yetirən 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev Çiləgir Kənd Klubunun yaxınlığında saxlanılıb.

Hadisə ilə bağlı Qusar rayon prokuroru Zahid Vəliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Eynulla Hacıyev həqiqətən də saxlanılıb. Prokurorun sözlərinə görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində qətldə şübhəli bilinən şəxs gecə saatlarında tutulub.

Qeyd edək ki, ötən gecə Qusar rayonunun Çiləgir kəndində tanınmış iş adamlarından birinin evində Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyev ov silahından atılan güllə yarasından dünyasını dəyişib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, qətli 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev törədib. Hadisəni törədəndən sonra Eynulla Hacıyev hadisə yerindən qaçıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, qətl hadisəsi baş verən ev tanınmış iş adamlarından birinə məxsus olub.

…read more

From:: ANS