Demba Ba “qartallar”dan ayrıldı (FOTO)

Çinin “Shanghai Shenhua” klubuna transfer olan “Beşiktaş”ın seneqallı hücumçusu vida mesajı yazıb.

ANS PRESS-in məlumatına görə, 30 yaşlı futbolçu “Instagram” hesabından ingiliscə və türkcə vida mesajı yayımlayaraq təşəkkür və minnətdarlığını çatdırıb.

“Mənə bu klubda oynamaq və bu gözəl formanı geyinmək şansını verən “Beşiktaş” klubuna ürəkdən təşəkkür edirəm. Məşqçi heyətinə, oyunçulara və klubda əməyi keçən hər kəsə sonsuz təşəkükrümü çatıdırıram. Məni evimdəymişəm kimi hiss etdirən İstanbul şəhərini, bütün Türkiyəni və ölkənin hər yerindəki futbolsevərləri heç vaxt unutmayacağam. Böyük Beşiktaş!”, – deyə o, yazdığı postda bildirib.

Qeyd edək ki, Türkiyənin tanınmış futbolçularından Alparslan Öztürkə də Çindən transfer təklifi gəlmiş, lakin o, transferin baş tutacağı halda, gəlirinin 10%-ni uyğur türklərnə bağışlanmasını tələb etmişdi. Beləliklə, onlar transfer təklifini geri götürmüşdülər.

…read more

From:: ANS