“Türkiyə Suriyanı işğal etməyə hazırlaşır”

Dünyanın nüfuzlu qəzetlərindən olan, İngiltərədə nəşr olunan “Daily Telegraph” cümə günü Türkiyənin Suriyanı işğal etməyə hazırlaşdığını iddia edib. ANS PRESS-in məlumatına görə, nüfuzlu nəşrdə qəzetin Yaxın Şərq müxbiri Riçard Spenserin imzası ilə bu mövzuda yazılmış xəbər dərc olunub. Xəbərdə bildirilir ki, Türkiyə İŞİD və kürdləri dayandırmaq üçün Suriyanı işğal etməyə hazırlaşır. Həmçinin xəbərdə Türkiyənin həm İŞİD-i, həm də Bəşər Əsədi vura biləcəyi qeyd edilib.

“Türkiyənin məqsədi İŞİD-ə qarşı bölgədə qaçqınlar üçün bufer zona yaratmaqdır. Rəcəb Tayyib Ərdoğan bu həmlə ilə cənubda yeni bir kürd dövləti yaradılmasının qarşısını almağa çalışır.” – deyə xəbərdə iddia olunub.

Qeyd edək ki, daha əvvəl Ərdoğan verdiyi bəyanatlarda, bölgədə yeni bir dövlət yaradılmasına izn vermyəcəklərini bəyan etsə də qəzetin xəbərinə rəsmi Ankaradan hələlik reaksiya verilməyib. …read more

From:: ANS