Film çəkilişində meymun qadına hücum etdi (VİDEO, FOTO)

Yeni “Karib dənizinin quldurları” filminin çəkilişlərində meymun çəkiliş qrupundan olan qadına hücum edib.

ANS PRESS-in məlumatına görə, bu barədə çəkilişdən eksklüziv fotolar təqdim edən “The Mirror” portalı xəbər verir.
Qeyd olunur ki. meymun Avstraliyada gedən çəkilişlər zamanı 54 yaşlı vizajist qadının qulağını dişləyib. Heyvanın hücumundan sonra qadın xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu Avstraliyada keçən çəkilişlərdə ilk heyvana aid hadisə deyil. May ayında aktyor Coni Dep itlərini xilas etmək üçün Avstraliyadan çıxdı. Belə ki, ölkənin kənd təsərrüfatı naziri Barnabi Coys Depi şəxsi təyyarə vasitəsilə it kontrabandası ilə məşğul olmaqda günahlandırıb. Aktyor itlərin iynə vurularaq yatırılmasının qarşısını almaq üçün itləri ilə birgə ölkəni tərk etməli olmuşdu.

Çəkiliş meydanından ən son şəkilləri təqdim edirik.

…read more

From:: ANS