Azərbaycanlı futbol hakiminin xatirəsi Moskvada belə anıldı (FOTO)

Rusiya paytaxtında dünyanın tanınmış futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futzal turniri keçirilib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumatına görə, paytaxtın “Dinamo” idman sarayında keçirilən turnir Moskva meriyasının dinlərarası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr Departamenti və Rusiya Azərbaycan Gənclər Birliyinin təşkilatçılığı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi və Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə keçrilib.

Artıq ikinci ildir ki, keçirilən tanınmış futbol hakimi Tofiq Bəhramovun adını daşıyan futzal turnirində 14 komanda iştirak edib. Onlar arasında “MQİMO” (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti), “AMOR” (Rusiya Azərbaycanlı Gənclər Birliyi), “Qarabağ”, Azərbycanın Rusiyadakı səfirliyinin komandası, və Ümumrusiya Azərbaycan Konqresinin komandası, Slovakiya səfirliyinin və Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandaları olublar.

Turiniri izləməyə gələnlər arasında Moskvada yaşayan azərbaycanlı veteran fotbolçular, AFFA-nın nümayəndələri, əfsanəvi referi Tofiq Bəhramovun nəvəsi Tofiq Bəhramov da olub.

Final oyunu “Azərbaycanın Rusiyadakı səfirliyi”nin komandası ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) komandası arasında baş tutub. Gərgin keçən görüş 5:5 hesabı ilə nəticələndiyindən, qaliblər penaltilərlə müəyyənləşib. Penaltilərdə güclü tərəf MDHİU komandası olub. Onlar Azərbaycanın Rusiyadakı səfirliyinə 6:5 hesabı ilə qalib gəliblər.

Üçüncü yer uğrunda gedən görüşdə isə “Qarabağ” komandası ilə Moskvanın Bədən tərbiyəsi və idman Mərkəzi Komandası görüşüblər. Görüş 0:4 hesabı ilə Bədən tərbiyəsi və idman Mərkəzi Komandasının xeyrinə nəticələnib.

Turnirin bağlanış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçilən turnirin əhəməyyətindən danışıb. Onun sözlərinə görə, Rusiya paytaxtında əfsanəvi azərbaycanlı futbol hakimi Tofiq Bəhramov adına turnirin keçirilməsi iki ölkənin idman cəmiyyəti üçün çox əlamətdar hadisədir: “Bu gün bu meydanda rəqabət deyil, bayram abu-havası vardı. Yarışı izləməyə gələnlərin sayının da çox olması turnirə olan marağın göstəricisidir”.

Moskva meriyasının nümayəndəsi, regionlararası Əməkaşlıq departamentinin rəhbəri Yuri Artyux turnirdə iştirak edən komandaları təbrik edərək bildirib ki, bu turnir iki xalq arasında əlaqələrin dostcasına olduğunu göstərir. Meriya nümayəndəsi turnirin keçirilməsindəki təşkilatıçılığa və dəstəyə görə Rusiya Azərbaycan Gənclər Təşkilatına, Ümumrusiya Azərbaycan Konqresinin Moskva …read more

From:: ANS