Onlar tənhadırlar…

Yetkin yaşda olan britaniyalıların 28 faizi müəyyən vaxtlarda özünü tənha hiss edir. ANS PRESS-in məlumatına görə, BBC Radio 5 kanalının aparıdığı rəy sorğusunun nəticəsi belədir.
2000 nəfərin iştirak etdiyi rəy sorğusunun nəticələrinə əsasən, adamların 7 faizi və yaşı 65-dən yuxarı olanların 10 faizi bu Milad bayramını ümumən tək keçirəcəyini gözləyir. Miladı tənha keçirəcəyini bildirənlərin çoxu kişilər və bir də yoxsul ailələrdən çıxanlardır.

“Tənhalığa Son” kampaniyasının sözçüsü sorğunun nəticələrinin narahatlıq doğurduğunu bildirib. BBC-nin və Compres mərkəzinin keçirdikləri araşdırma belə nəticələrə gəlib: Yetkinlik yaşında olanların 28 faizi müəyyən vaxtlarda özlərini tənha hiss etdiklərini bildirib. 33 faiz deyib ki, onlar kommunikasiyaların yeni növlərindən, necəsə geridə qalıblar və 85 faizin rəyinə görə bu adamlar qohumları və dostları ilə üzbəüz ünsiyyətdə olmağa üstünlük verərdilər. Adamların 65 faizi bu qənaətdədir ki, onlar tənha olan qohumlarına, dostlarına və qonşularına daha çox kömək etməlidirlər. 18-24 yaşları arasında olanlar (30 faiz), yaşı 65-i keçənlər (31 faiz) qədər tənhalıq hiss edirlər.

“Tənhalığa Son” (Campaign to End Loneliness ) kampaniyasının direktoru Laura Ferguson vurğulayır ki, “tənhalıq” təkcə Milad bayramında yaşanan təcrübə deyildir və odur ki, adamlara bütün il boyu kömək edilməlidir. Xeyriyyə təşkilatı izah edir ki, tənhalıq müəyyən vaxtlarda gəlib-keçən, yəni ötəri də ola bilər, xroniki də. Xroniki tənhalıqda olan insanlar onu əksər vaxtlarda və ya həmişə hiss edirlər.

Tənhalıq hər yaşda hiss oluna bilər, lakin insanlar yaşlandıqca, tənhalığa aparan risklər çoxala və çulğalaşa bilər. Risk faktorlarına bunlar daxildir, hərçənd başqa faktorlar da mümkündür:
Səhhətin pisliyi, ictimai nəqliyyatın yoxluğu, hərəkiliyin itirilməsi, aşağı qazanc, hüzn-kədər, cinayət qurbanı olmaq xofu, pensiyaya çıxmaq.

Hökumət bundan əvvəllər də tənhalığı “milli bəla” mənbəyi adlandırıb və Baş Nazir də daxil olmaqla məşhur fiqurlar tənhalığa qarşı milli kampaniyalara qoşulublar. …read more

From:: ANS