Böyük tennisdə gərgin mübarizə başladı (FOTO)

Ötən gün Londonda tennis sevərlərin intizarla gözlədiyi “Vimbledon” turniri start götürüb.

ANS PRESS-in məlumatına görə, mövsümün üçüncü Qrand-slam (4 böyük tennis turnirinin hər birinə verilən ad) turniri böyük marağa səbəb olub. Qadınlar arasında dünya tennisinin bir nömrəli raketka ustası olan amerikalı Serena Uilyams rusiyalı Marqarita Qasparyanla qarşılaşıb. “Vimbledon” turnirinin 5 qat qalibi dünya sıralamasında 113-cü pillədə qərarlaşmış rusiyalı rəqibini çətinlik çəkmədən məğlub edib (6:4, 6:1).

Qasparyanın həmyerlisi Mariya Şarapova isə turnirə qələbə ilə başlayıb. Dünya tennisinin 4 nömrəsi olan rusiyalı idmançının rəqibi heç bir uğuru olmayan Böyük Britaniya təmsilçisi Yohanna Konta olub. Karyerinin ilk çempionluğunu 17 yaşında məhz “Vimbledon” turnirində əldə edən Şarapova rəibini 2:0 (6:2, 6:2) hesabı ilə məğlub edərək mərhələ adlayıb.

Kişilər arasında dünya tennisinin bir nömrəsi serbiyalı Novak Cokoviç almaniyalı zəif rəqibi qarşısında çətinlik çəksə də sürprizə imkan verməyib. Son “Vimbledon” turnirinin qalibi serbiyalı raketka ustası almaniyalı Filip Kolşreyberə 2:0 (6:4, 6:4) qalib gələrək adını ikinci tura yazdırıb.

“Avstraliya açıq”, “Roland Qarros” və “Amerika açıq” tenis yarışlarından qayda-qanunlarına görə fərqlənən “Vimbledon” turnirinin mükfat fondu da “qrand-slam”lar içərisində ən yüksəkdir. Yaşıl kortda (tennis meydançası) oynanan və mübarizə aparan raketka ustaları yalnız ağ geyimdə iştirak edir. Turnirin bu mövsüm mükafat fondu 1,88 milyon fund sterlinqdi. …read more

From:: ANS