Türkiyədən Yunanıstana dəstək mesajı

Türkiyədən Yunanıstana gözlənilməz dəstək. ANS PRESS-in məlumatına görə, iqtisadiyyat naziri Nihat Zeybekci iki gündür Yunanıstanın borclarını Türkiyənin ödəməsi ilə bağlı təklifləri şərh edib. “Təklif olsa dəyərləndirərik”, deyə nazir bildirib.

Hakim partiyanın qrup toplantısında danışan baş nazir Əhməd Davudoğlu da Yunanıstana dəstək mesajı verib. O, qonşu ölkəyə yardım üçün əllərindən gələni edə biləcəklərini deyib.

“İqtisadi böhran nəticələrini göstərməyə davam edir. Dost və qonşu Yunanıstandakı vəziyyəti diqqətə alın. Biz bənzər tablolarla qarşı-qarşıya deyiliksə bu AKP-nin sayəsindədir. Ətrafımızda sülh içində yaşayacağımız güclü dövlətlər görmək istəyirik. Yunanıstanın da güclü olmasını, Egeyin sülh dənizi olmasını istəyirik. Ona görə də Türkiyə hər cür əməkdaşlıq təklifinə isti yanaşacaq. Yunanıstanın böhrandan çıxa bilməsi üçün əlimizdən nə gəlsə – turizm, ticarət sahəsində etməyə hazırıq. Bu çərcivədə iqtisadi problemlər qarşısında hansı addımları ata biləcəyimizi qarşılıqlı oturub danışmaq üçün Yunanıstana gedəcəyik”.

HDP-dən olan İzmir millət vəkili Ertuğrul Kürkçü daha öncə Yunanıstanın 1,6 milyard avroluq borcunu Türkiyənin ödəməsi və ya faizsiz borc verməsi təklifini irəli sürmüşdü.

Bu gün Yunanıstanın Beynəlxalq Valyuta Fonduna borcunu ödəməsi üçün son gündür. Borc üzrə cari ödəniş 1,6 milyard dollardır. Əks halda ölkəni defolt gözləyir. …read more

From:: ANS