Təyyarə təcili eniş etdi, 6 nəfər yaralandı

Kanadanın Vinnipeq şəhərində yerli aviaşirkətlərdən birinə məxsus sərnişin təyyarəsi təcili eniş edib. Edmonton şəhərindən Toronto şəhərinə uçan təyyarədə 54 sərnişin və 5 ekipaj üzvü olub.

Təyyarə təcili eniş etdikdən sonra oların hamısı fövqəladə çıxış pilləkənləri ilə təyyarəni tərk edib. Eniş zamanı 6 sərnişinin xəsarət aldığı bildirilir.

Təyyarənin məxsus olduğu aviaşirkət təcili enişin təhlükə səbəbindən edildiyini bildirib, lakin bu təhlükənin nədən ibarət olduğunu açıqlamayıb.

Bu, son bir həftə ərzində Kanadada üçüncü təyyarə insidentidir. Ötən həftəsonu eyni aviaşirkətə məxsus və Edmontona uçan təyyarə yalançı bomba həyəcanı ilə əlaqədar Saskatun şəhərinə yönləndirilmişdi.

Bundan bir neçə gün əvvəl isə Sent-Cons Beynəlxalq Hava Limanında təyyarədə bomba olması xəbəri ilə əlaqədar müvəqqəti olaraq bağlanmışdı. …read more

From:: ANS