Rusiyadan Ukraynaya böyük jest

Rusiya bu ilin üçüncü rübü üçün Ukraynaya qazı endirimlə verməyə razı olub.

ANS PRESS-in məlumatına görə, bu barədə qərar yaxın vaxtlarda imzalanacaq.

Rusiya baş naziri Dmitri Medvedevin dediyinə görə, yeni endirim 1 kubmetr qaz üçün təxminən 40 dollar təşkil edəcək. Xatırladaq ki, hazırda bu rəqəm 100 dollardır.

Medvedevin dediyinə görə, iki ölkə arasında gərgin münasibətlərin olması Rusiya tərəfinə Ukraynaya ağlabatan dərəcədə güzəşt etmək üçün maneə deyil.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin əvvəllər demişdi ki, indiki iqtisadi şəraitdə Rusiya qazının qiyməti Ukrayna üçün qonşu ölkələrə, misal üçün Polşaya olduğu kimi olmalıdır. Onun sözlərinə görə, neft qiymətlərinin bu dərəcədə aşağı düşməsi qazın qiymətinə də öz təsirini göstərir və Rusiya da buna görə endirimin miqdarını əvvəlki kimi saxlaya bilməz.
Öz növbəsində, Ukraynanın energetika nazirliyində bundan əvvəl bildiriblər ki, üçüncü kvartal üçün daha böyük endirim əldə etməyə çalışacaqlar. …read more

From:: ANS