Terrora görə həbs olunanlar var

Tunisdə törədilən terror aktının təşkilində şübhəli bilinən şəxslərin həbs olunduğu bildirilir.

ANS PRESS-in məlumatına görə, bu haqda daxili işlər naziri Najem Qarsalli məlumat verib. Nazir əlavə detallar barədə açıqlama verməyib.

Istintaqın ilkin versiyasına görə, onlar qonşu Liviyadakı terror düşərgələrində təlim keçiblər. Həbs olunanların sayı açıqlanmır.

İyunun 26-da Tunisin paytaxtında törədilən terror aktında 38 adam ölüb. Terror aktına görə cavabdehliyi IŞID terror qruplaşması üzərinə götürüb.

Britaniya hakimiyyətinin məlumatına görə, ölənlərin azı 18-i britaniyalı turistlərdir. Həmçinin ölənlərin arasında Almaniya, Portuqaliya, İrlandiya və Belçikadan olan turistlər var. …read more

From:: ANS