“Barselona” xal itirdi

Ötən gün İspaniya La Liqasında XV turun növbəti oyunları baş tutub.

İspaniya La Liqasında XV turun oyunları davam edir.

İkinci oyun günündə daha 4 qarşılaşma keçirilib.

“Barselona” turu xal itkisi ilə başa vurub. Səfərdə “Qetafe”nin qonağı olan Kataloniya təmsilçisi rəqibi ilə 0:0 bərabərə qalıb.

“Malaqa” klubu isə öz meydanında “Selta Viqo”ya 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, La Liqada 15-ci tura sabah keçiriləcək “Deportivo” – “Elçe” oyunu ilə yekun vurulacaq.

13 dekabr

İspaniya La Liqası, XV tur

“Qetafe” – “Barselona” – 0:0

“Valensiya” – “Rayo Valyekano” – 3:0
Qollar: Feqhouli, 13, 34 (2:0), Piatti, 36-pen (3:0)
Qırmızı vərəqə: A.Qomes, 71 (“Valensiya”)

“Kordoba” – “Levante” – 0:0

“Malaqa” – “Selta Viqo” – 1:0
Qol: Samuel, 21 (1:0) …read more

From:: ANS