Qatar relsdən çıxdı, vaqonlar aşdı

Kanadada daha bir qatar qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, Kanadanın Saskaçevan ştatının mərkəzi şəhəri hesab edilən Saskatoon ərazisində hərəkətdə olan qatarlardan biri relsdən çıxıb və nəticədə, yük qatarının beş vaqonu aşıb.

Qəza keçirən qatarda taxıl daşındığı və hadisə zamanı keç kimin xəsarət almadığı bildirilir. Hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, bir gün əvvəl isə Kanadanın Reymor şəhəri yaxınlığında Kanada Milli Dəmiryolu şirkətinin 33 vaqondan ibarət yük qatarı qəza törətmişdi. Qatarda təhlükəli mallar olsa da, ciddi fəsadlara yol açacaq bir hal baş verməyib. …read more

From:: ANS