Bağlanışdakı məşhur DJ “Bakı 2015″dən yazdı (FOTO, VİDEO)

Ötən gün Bakıda keçirilən Avropa Oyunlarının möhtəşəm Bağlanış Mərasimində iştirak edən tanınmış DJ Qaret Emeri Bağlanış Mərasimi ilə bağlı öz təəssüratlarını bölüşüb.

ANS PRESS-in məlumatına görə, I Avropa Oyunları zamanı musiqiləri ilə insanları valeh edən elektron rəqs musiqi üzrə prodüser və DJ Emeri dünənki möhtəşəm günə görə Bakıya təşəkkür edib.

Öz Facebook səhifəsindən mərasimlə bağlı fotolar paylaşan ingilis DJ bu sözləri qeyd edib: “Mən bu gün Bakı 2015 I Avropa Oyunlarının təntənəli bağlanış mərasimində iştirak şərəfinə nail oldum!”.

1980-ci ildə İngiltərənin Sauthempton şəhərində anadan olmuş Qaret Emeri uşaq yaşlarından həyatını musiqiyə həsr edib. 2002-ci ildən peşəkar səviyyədə musiqi ilə məşğul olmağa başlayan DJ 2006-ci ildən başlayaraq “DJ Jurnalı”nın illik sorğusunda “100 Ən Yaxşı DJ” arasında yer alıb.

Əslən Uelsdən olan Qaret “Sauthempton” futbol klubunun fanatıdır. Klassik fortepiano ixtisası üzrə təhsil alan DJ həyat yoldaşı Kati ilə Los-ancelesdə yaşayır. Qaret Emerinin bacısı Roxanne Emeri də musiqi ilə məşğul olur.

Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də baş tutub. Bu mərasimdə isə dünya şöhrətli müğənni Ledi Qaqa iştirak etmişdi. Qaqanın qısa çıxışa görə 2 milyon dollar qonorar aldığı deyilsə də, bu təsdiqini tapmadı. Belə ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qonorarın kommersiya sirri olduğunu açıqlayıb. …read more

From:: ANS