Ordumuzun snayper qadınları (FOTO)

Ordudan, xidmətdən danışarkən ilk öncə hərbi geyimli kişiləri nəzərimizə gətiririk və insanın gözü önündə əlində silah, əynində forma olan kişilər, barıt qoxulu səngərlər, döyüşlər canlanır. Lakin müasir dövrümüzdə dünyanın istənilən güc strukturlarında qadınlara rast gəlinir. Ölkəmizdə də bu təcrübə geniş yer alıb. Son dövrlərdə Silahlı Qüvvələrimizin bütün sahələrində qadın hərbi qulluqçuların sayı durmadan artmaqdadır. Müsahiblərimiz zərif cinsin nümayəndələri olmalarına baxmayaraq bu peşəni seçməyi özlərinə borc bilənlərdir.

“Hər sərrast atıcı snayper deyil, amma hər snayper sərrast atıcı olmalıdır”
Vüsalə Həsən qızı Məmmədova – 1990-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsillidir. Ailəlidir. 1 övladı var. 2014-cü ildən hərbi xidmətdədir.

-Vüsalə xanım hansı səbəbdən hərbçi olmaq qərarına gəldiniz?
-Torpaqlarımızın işğalda olması hər bir azərbaycanlı kimi mənim də sızlayan yaramdır. Həmçinin uşaqlıqdan hərbi formaya marağım olub, əsgər olmaq arzusunda olmuşam. Lakin uzun illər bu arzuma çata bilmirdim. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduda apardığı uğurlu islahatların bütün sahələrdə səmərəli nəticə verdiyinin və hər kəsin ürəyincə olduğunun şahidiyəm. Uğurlu islahatlardan biri də qadınların orduya cəlb olunmasıdır. Buna görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

-Ordu sıralarına daxil olmaqda məqsədiniz nə idi?
-Həyatım boyu məqsədlərimə çatmaq üçün mübarizə aparmışam. Çətin də olsa nail ola bilmişəm. Forma geyinmək, əlimdə silah Vətənimə xidmət etmək başlıca məqsədlərimdən biri olub. Məqsədimin birinci mərhələsini uğurla başa vurmuşdum. Artıq hərbi xidmətdəydim. İkinci məqsədim isə snayper olmaq idi. İlkin ixtisasım operator olsa da, snayper olmaq istəyirdim. Yuxarı komandanlığa müraciət etdim və snayper hazırlığı kursuna göndərildim. Növbəti məqsədim isə cəbhə bölgəsinə yollanmaq düşmən ilə üz-üzə dayanıb xidmət etməkdir. Ön xətdə xidmət etməyin çətin olduğunu düşünmürəm. Əldə silah hər an düşməni məhv etmək ehtimalı mənə stimul verir. Bilirəm ki, silahımla hədəfi düzgün seçərək düşməni məhv edəcəyim günlər yaxındadır.

-Neçə müddətdir snayper hazırlığı keçirsiniz, bu dövrdə hansı nailiyyətləriniz olub?
-Artıq xeyli müddətdir snayper hazırlığı kursundayam. OSV-96 təcrübəli snayper tüfəngi …read more

From:: ANS