Tatlısəsin dodaq uçuqladan mülkiyyəti

İbrahim Tatlısəsi son günlər mediada haqqında çıxan xəbərlər özündən çıxarıb.

ANS PRESS-in məlumatına görə, “sərvəti dodaq uçuqladan məşhurlar” siyahısında adının birinci yerdə göstərilməsinin yanlış olduğunu iddia edən məşhur türküçü İbrahim Tatlısəs mal varlığını yazılı olaraq açıqlayıb.

Sənətçinin sonda “İbrahim Tatlı sərvət” olaraq imza atdığı açıqlama belədir:

“İbrahim Tatlısəsin mülkiyyəti –
Seyrantepedə 1.5 hektarlıq sahədə kabab salonu,
TV binası,
Tatlısəs Şirkətlər Qrupu binası,
“By Tatlısəs geyim”in sexi və mağazası,
Demirciköy Alarko səmtində bir villa,
Seyrantepe OYAK səmtində 3 mənzil,
Şanlıurfada 1 mənzil,
Şanlıurfada 3 hektar torpaq,
İzmir Narlıdere Folkart Evlərində 1 mənzil,
Hadımköy Günişığı malikanələrində bir villa,
1 ədəd kater,
2 ədəd sürət mühərriki,
2 ədəd “Mercedes” markalı avtomobil,
3 ədəd “Jeep”,
1 ədəd “Limuzin”,
20 şirkət avtomobili,
Bodrum Bitezdə 48 mənzilli Tatlısəs Paradıse apartmanı və içində bir villa,
Bodrum Bitezdə 26 otaqlı Golo Beach Hotel,
Bodrum Bitezdə 6.5 hektar torpaq sahəsi,
Kuş adasında 6 mərtəbəli 157 otaqlı 314 yataqlı Tatlısəs Otel,
İstanbulda 5 kabab zalı,
Peyk kanalı və D-Smart yayımda olan TV kanalı,
Bir çox rayonda milli yayım aparan Tempo TV.”

Məşhur ifaçı siyahıda pullarını bankda saxlamadığını və bunu məzənnədəki dəyişikliyə görə etmədiyini yazıb.
“Mən bu günə qədər dövlətdən bir qəpik pul almadım, almaram da. Hələ ki, qarnımız toxdur, övladlarım ac deyil. 600-ə yaxın insanın evinə pul aparmağına səbəb olmaqdayam. Mənim bu varı necə qazandığımı bir yaradan bilir. Və bütün bunları Allahın mənə bəxş etdiyi səs sayəsində qazandım.” – deyə İ.Tatlısəs bildirib. …read more

From:: ANS