Türkiyəli 75 sənətçinin Şəkidə konserti olacaq (FOTO)

Şəkidə Türkiyə Adana vilayəti “Çukurova” dövlət simfonik orkestirinin konserti olacaq. ANS PRESS-in məlumatına görə, konsert 1 – 10 iyul tarixlərdə şəhərdə keçiriləcək “Şəki Beynəlxalq İpəkyolu Musiqi Festivalı” çərçivəsində baş tutacaq. Səhnəyə 75 nəfərlik heyətlə çıxacaq olan türkiyəli qonaqlar bir çox yerli və xarici film musiqilərini səsləndirəcəklər. Artıq bir neçə gündür məşq edərək konsertə hazırlaşan heyətin bu gün Azərbaycana gələcəyi gözlənilir. Konserti azərbaycanlı drijor Fəxrəddin Kərimov idarə edəcək. Orkestirin bədii rəhbəri Okan Urşan daha əvvəl Türkiyə-Azərbaycan qardaşlığını tərənnüm etmək üçün Adanada konsert verdiklərini, növbəti konsertin isə Şəkidə olacağını deyib. Urşan həmçinin konsertin ölkələrin və şəhərlərin tanıdılması baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib. …read more

From:: ANS