Azərbaycan futbolçuları uduzur (CANLI)

Bakı 2015 Birinci Avropa Oyunlarının son günündə Azərbaycanla Macarıstan komandaları arasında çimərlik futbolu üzrə yarış başlayıb.

ANS PRESS-in məlumatına görə, artıq üçüncü dövrə gedir. Macarıstan komandası 3:1 hesabı ilə yenidən irəlidədir. Macarıstan 1-ci dövrənin 8-ci dədiqəsində Viktor Feketenin və Qabor Simonyinin vurduğu qollarla önə çıxsa da, 2-ci dövrənin 7-ci dəqiqəsində azərbaycanlı Elvin Quliyevin qolu ilə hesab fərqini azaltdı. Lakin Qabor Simonyi yenidən 2-ci qolu vurmaqla Macarıstanı daha önə çıxara bilib.

Bundan əvvəl kişilər arasında çimrəlik futbolu üzrə Azərbaycan komandası dünən İspaniya komandası ilə qarşılaşıb. Ölkəmiz 1:3 hesabı ilə məğlub olub. Vurulan yeganə qolun müəllifi isə Sabir Allaquliyev olub.

Azərbaycan Çimərlik Futbolu Federasiyası (AÇFF) öz fəaliyyətinə 2008-ci ildən başlayıb. Elə həmin vaxt AÇFF prezidenti vəzifəsinə Fərid Novruzi seçilib və milli yığma komanda təşkil olunub. İndiyədək çimərlik futbolu üzrə millimiz bir çox yüksək nailiyyətlər qazanıb. Milli yığmamız 2009-cu ilin iyununda İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə Dünya Çempionatının seçmə mərhələsində iştirak edib və 1/4 mərhələsinə qədər yüksəlib. Daha sonra komandamız iyul ayında keçirilən Avropa Liqasının seçmə mərhələsində iştirak edib və qrup oyunlarının qalibi kimi promo finala vəsiqə qazanıb. Beləliklə, milli yığmamız 2009-cu ildə Avropanın ən güclü on komandasından biri olub. 2010-cu ilin 10-16 may tarixlərində isə milli komandamız “Alaniya Cup 2010” beynəlxalq turnirdə iştirak edib və 2-ci yerə sahib olub.

Azərbaycan və Macarsıtan komandaları arasında gedən oyunu buradan canlı izləyə bilərsiniz.

…read more

From:: ANS