Rusiya sərhədçiləri Ermənistanda İran vətəndaşını saxladı

Rusiya sərhədçiləri Ermənistandan İrana keçən qaçaqmalın qarşısını alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanda yerləşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin mətbuat şöbəsi xəbər yayıb.

Yayılan xəbərdə bildirilir ki, 13 dekabra keçən gecə İran vətəndaşı “Aqarak” keçid məntəqəsindən yük maşını ilə qeyri-qanuni olaraq qazıyıcı qurğu detalları və spirtli içkilər keçirmək istəyib.

Sərhədçilər yoxlama zamanı xüsusi təchiz edilmiş gizli saxlanc yerində qaçaqmal aşkar ediblər.

Bundan sonra qaçaqmal və İran vətəndaşı Ermənistanın gömrükçülərinə təhvil verilib.

İlkin hesablamalara görə, qaçaqmal 3 min dollar dəyərində olub. …read more

From:: ANS