“Qalatasaray”dan inamlı qələbə (FOTO)

Türkiyə superliqasının 13-cü turu çərçivəsində keçirilən “Konyaspor” – “Qalatasaray” qarşılaşmasında İstanbul klubu böyük hesablı qələbəyə sevinib.

ANS PRESS-in məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin son oyununda doğma meydanda “Arsenal”a biabırçı hesabla uduzan “Qalatasaray” səfərdə inamlı qələbə qazanmaqla turnir cədvəlində birinci yerə yüksəlib.

Qeyd edək ki, turnir cədvəlinin potensial lideri olan “Beşiktaş” sabah səfərdə “Qaziantepspor”la qarşılaşacaq

“Konyaspor” – “Qalatasaray” – 0:5
Qollar: U.Bulut, 16 (0:1), E.Çolak, 23 (0:2), B.Yılmaz, 37, 58 (0:4), H.Altıntop, 62 (0:5)

…read more

From:: ANS