Bu gün Jirinovski kefdədir (VİDEO, FOTO)

Bu gün Rusiya Liberal Demokrat Partiyasının (RLDP) 25 illiyi tamam olur.

ANS PRESS-in məlumatına görə, tam 25 il əvvəl 1989-cu ildə Moskvada Sovet İttifaqının Liberal Demokrat partiyasının yaranması niyyəti ilə təşəbbüs qrupunun ilk iclası keçirilib. Elə həmin gün partiyanın Basman döngəsində yerləşən mərkəzində RLDP-nin duma fraksiyasının deputatları, partiya fəalları, ictimai təşkilat və birliklərin üzvləri yığışır.

Lakin RLDP 1990-cı ildən bu yana ona sədrlik edən Vladimir Jirinovski ilə daha məşhurdur. Jirinovski temperamenti və səs-küylü çıxışları ilə çox gündəmdə olub. Bəziləri onu təlxək bəziləri isə hakimiyyətin və KQB-nin siyasi layihəsi adlandırsalar da, Jirinovski ölkədə ictimai təsirə malik bir personajdır.

Lakin mütəxəssislərin fikrincə, onun təsiri siyasi elitaya da var. Hətta mümkün olmayan təklifləri müəyyən zaman kəsiyində Rusiya hakimiyyəti tərəfindən həyata da keçirilib. Məsələn, 2013-cü ilin avqustunda Krım referendumundan heç xəbər olmayan bir vaxtda Jirinovski Krım, Donbas və Xarkovu Rusiya torpaqları adlandırmışdı. 2014-cü ilin 16 martından isə Krım və Sevasstopol Rusiya tərəfindən ilhaq edilir. Düzdür, ilhaq məsələsində Jirinovski indi hətta Qazaxıstana da belə iddialıdır. Bu konteksdən Jirinovskinin son çıxışlarında Rusiyanın imperiya, Vladimir Putinin isə çar elan edilməsi təklifini nəzərə alsaq gələcəkdə görəcək günlərimizin olması şübhəsizdir.

Hazırda Rusiyada olmasa da Jirinovski öz partiyasında bu sistemə nail olub. Partiyasının ad günü ərəfəsində Jirinovski başçı seçimlərini ləğv edəcəyini deyib. Partiyasının üzvləri isə onu həmişə başçı olaraq görməkdən məmnunluq duyacaqlarını bildiriblər.

Qeyd edək ki, Vladimir Jirinovski əvvəllər Azərbaycan haqqında da neqativ fikirlər söyləsə də sentyabrın 25-də Bakıya səfər edərkən o Azərbaycanı heç kimdən aslı olmayan güclü dövlət, Azərbaycan prezidentini isə artıq regional təsirdən çıxıb dünyaya təsir edən bir siyasətçi adlandırıb.

…read more

From:: ANS