Hoteldə ölənlərin sayı artdı

Tunisdə İŞİD-çilərin törətdiyi hücum nəticəsində ölənlərin sayı artıb.

ANS PRESS-in məlumatına görə, ötən gün dünyanın bir neçə yerində hücum planı reallaşdıran İŞİD terror qruplaşmasının Tunisin Sus şəhərində hotelə hücumu nəticəsində ölənlərin sayı 39-a çatıb, daha 36 nəfər yaralanıb. Bu barədə ölkənin səhiyyə nazirliyi açıqlama yayıb.

Daha sonra silahlılar “Imperial Marhaba” və “Soviva Resort” hotellərinin yaxınlığında yerləşən çimərliyə hücum edərək oradakı insanlara atəş açıb.

Tunis mətbuatının yaydığı məlumatda ölənlər arasında Almaniya və Böyük Britaniya vətəndaşlarının olduğu bildirilir. …read more

From:: ANS