Ağ evi yumuşaltmağa çalışırlar (FOTO)

Amerikada prezidentin rəsmi iqamətgahı olan Ağ ev Birləşmiş Ştatlar ərazisində eynicinsli nigahların leqallaşması üçün müxtəlif rənglərlə işıqlandırılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri CNN “Ağ ev bu gün göy qurşaqlı oldu” tviti ilə yayıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Ağ ev tvitterdəki avatarını göy qurşağı rənglərinə boyayıb.

Qeyd edək ki, ABŞ-ın Ali Məhkəməsi eynicinsli evliliklərin qanuni olduğuna dair hökm çıxarıb. Məhkəmə Amerika konstitusiyasının hər bir vətəndaşın eyni şəkildə müdafiəsini irəli sürdüyünü bildirərək, eynicinli nikahların yasaqlanmaması qərarına gəlib. Ali Məhkəmənin hökmü bütün 50 ştata şamil edilir. ABŞ prezidenti Barak Obama “Twitter” səhifəsində bunu bərabərlik istiqamətində atılan böyük bir addım kimi qiymətləndirib.

…read more

From:: ANS