Qarabağı geri alacaq Ordumuz (VİDEO)

Bizim əsas vəzifəmiz ərazi bötüvlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm güclənən Azərbaycan buna da nail olacaq. Bizim bayrağımız Şuşada, Xankəndinə dalğalanacaq. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun qarşısında duran bu vəzifələri silahlı qüvvələrin yaranma günü ərəfəsində hərbçilərin qarşısında bəyan edib.

1918-ci ilin bu günü ADR-in Nazirlər Şurası milli ordusunun yaradılması ilə bağlı qərar verib. Səfərbərlik elanından sonra qısa vaxtda 30-35 minlik ordu formalaşdırılıb. Ordu quruculuğunda Səməd bəy Mehmandarovun,Əliağa Şıxlınskinin, Xosrov bəy Sultanovun və digərlərinin böyük rolu olub.

1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordu ləğv edilib. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Müdafiə Nazirliyi yaradılıb.

1992-ci ildə ilk hərbi parad keçirilib.

1993-94-cü illərdən ordu quruculuğunda yeni mərhələ başlayıb. Mərhum prezident Heydər Əliyevin 1998-ci il fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu prioritet məsələdir. Ordunun nizam-intizamla bərabər gücü də artır.

On il bundan əvvəl hərbi xərclər 200 milyon dollar idisə, bu gün bu xərclər 3 milyard dollardan artıqdır. Başqa sözlə Ermənistanın dövlət büdcəsindən iki dəfə çox. Hərbçilərin məişət problemləri də həllini tapır. Yeni hərbi hissələr, bazalar tikilir.

Ali Baş Komandan hərbçilər qarşısında son çıxışında söyləyib ki, dünyada “Kim güclüdür, o da haqlıdır” prinsipi bugünkü reallıqdır. Beynəlxal təşiltların fəaliyyətsizliyi, Azərbaycanı iqtisadi, hərbi gücünə arxalanmağa vadar edir.

Dövlət başçısı bir daha Ermənistan tərəfinə söyləyib ki, əgər ölmək istəmirsinizsə, torpaqlarımızdan rədd olun:

“Bizim əsas vəzifəmiz ərazi bötüvlüyümüz bərpa etməkdən ibarətdir. Mən əminəm güclənən az buna da nail olacaqdır. Bizim bayrağımız Şuşada və Xankəndində dalğalanacaqdır”.

Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında ard-arda, müxtəlif şəraitlərdə keçirilən təlimlər, atışlar hesabına ordunun döyüş qabiliyyəti yüksəlib.

“Döyüş təcrübəsi də artıq onu göstərir ki, biz düz yoldayıq. Silahlı qüvvələrin arsenalında olan silah və avadanlıqlar bizə tam imkan verir ki, biz lazımi işləri həyata keçirək. Düşmən bizimlə bacaramadı, vahimə içindədir. Bunlar hardan çıxırlar, nə iş görürlər, necə vururlar və hara …read more

From:: ANS