“Qarabağ”dan yenilik (FOTO)

Ağdamın “Qarabağ” klubu aktiv internet istifadəçisi olan azarkeşləri üçün yenilik edib. ANS PRESS-in məlumatına görə, “Qarabağ”a könül verən azarkeşlər bundan sonra sevimli komandaları haqqında ən yeni məlumatları mobil telefon vasitəsilə xüsusi tətbiqetmədən (application) əldə edə biləcəklər.

“Qarabağ” haqqında bütün yeni informasiyaların yerləşdiriləcəyi tətbiqetmədə həm klubun rəsmi saytındakı məlumatlar, həm də əlavə xüsusi funksiyalar olacaq.

Azərkeşlər komandanın oyunu olduğu zaman mobil telefonlarına gələcək bildirişlərlə hadisələrdən tez və operativ şəkildə xəbərdar olacaqlar.

Qeyd edək ki, belə xidmət Azərbaycan klubları arasında ilk dəfə tətbiq olunur.

“Qarabağ” tətbiqetməsi həm İOS, həm də Android platformalı mobil cihazlar üçün nəzərdə tutulub. Hər iki platformanın istifadəçiləri “Playstore” mağazasından “Qarabagh” yazıb axtarış etməklə tətbiqetməni ödənişsiz olaraq mobil cihazlarına yükləyə bilərlər.

…read more

From:: ANS