3 uşaq “kitayski” damın qurbanı oldu

Çinin şərqində uşaq bağçasının damının aşması nəticəsində 3 uşaq həyatını itirib, 3 nəfər isə yaralanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Çinin Sinxua agentliyi xəbər yayıb.

İlkin məlumata görə, daha 3 tərbiyəçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, insident Xebey əyalətinin Yunsin rayonunda baş verib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. …read more

From:: ANS