Şakira və Pike oğluna rus dili öyrədir

Dünya şöhrətli kolumbiyalı müğənni Şakira və onun həyat yoldaşı İspaniya millisinin müdafiəçisi Jerar Pike oğulları Milanın 7 dil öyrənməsini istəyirlər.

ANS PRESS-in məlumatına görə, Şakira və Pike oğlanlarının rus dilini də öyrənməsini də planlaşdırırlar. Valideynləri Milanın poliqlot olmasını istəyirlər. Onlar övladlarına ispan, katalon, ingilis, fransız, alman, çin və rus dillərini öyrətmək niyyətindədirlər.

“Uşaqlar 3 yaşına qədər istənilən dili öyrənə bilərlər. Biz Milana 7 dil öyrədəcəyik. Uşaqlar əslində bizim düşündüyümüzdən daha çox şey başa düşürlər. Onlara xarici dilləri hətta anadan olduğu vaxtdan da öyrətmək olar”, – deyə “Barselona”nın müdafiəçisi bildirib. …read more

From:: ANS