Bili Almaniyanı iflic etdi (VİDEO)

Almaniyada tüğyan edən Bili qasırğası şiddətini artırıb.

ANS TV-nin məlumatına görə, Saksoniya-Anhalt ştatında küləyin sürəti saatda 150 kilometrə çatıb.

Ölkənin mərkəzi əyalətlərində isə güclü qar yağıb. Rəsmilərin bəzi yerlərdə qarın hündürlüyünün 150 santimetrə çatdığını məruzə ediblər. Soyuq və şaxtalı havalarla əlaqədar bəzi şəhərlərdə sosial xidmət sahələri fəaliyyətini dayandırıb.
Şimal sahillərində isə, hündür dalğalar dəniz nəqliyyatının hərəkətini iflic edib.

Okeanın o tayında da pis hava şəraiti hökm sürür. Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yağan yağışların törətdiyi fəsadlar daha da genişlənib.

Kamario şəhərində baş verən daşqınlar, eyni zamanda, torpaq sürüşmələrinə səbəb olub. Yaşayış məntəqələrindən birinin yanında baş verən sürüşmə zamanı onlarla ev torpaq kütləsinin altında qalıb. Təbii fəlakət zamanı insan itkisi olmayıb. Xilasedicilər vəziyyətlə əlaqədar 124 evi təxliyə etmək məcburiyyətində qalıblar.

Məlumata görə, Oreqon ştatında baş verən qasırğa zamanı azı 2 nəfər ölüb.

…read more

From:: ANS