Millimiz İsveçrəyə məğlub oldu

“Bakı-2015” I Avropa Oyunlarında çimərlik futbolu üzrə qrup mərhələsinin oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi bu gün ikinci matçına çıxıb. Komandamız bu dəfə İsveçrə ilə üz-üzə gəlib.Bu matçda millimiz 4:7 hesabı ilə məğlub olub.

Yığmamız ilk görüşündə də Ukraynaya 1:3 hesabı ilə məğlub olmuşdu.

Qrupun digər oyununda Portuqaliya Ukraynaya 5:4 hesabı ilə qalib gəlib.

25 iyun

A qrupu

Azərbaycan – İsveçrə – 4:7

Portuqaliya – Ukrayna – 5:4 …read more

From:: ANS