“Yaxşı cazibə”nin baş qəhrəmanına 20 il həbs cəzası (FOTO)

Türkiyənin məşhur serialı olan “Yaxşı cazibə”nin baş qəhrəmanı Kamal Kükrəyən obrazını canlandıran tanınmış aktyor Hakan Yılmaz məhkəmə qarşısına çıxarılıb.

ANS PRESS-in məlumatına görə, aktyor narkotik maddələrin istifadəsi və satışında günahlandırılır.

Dövlət ittihamçısı məşhur aktyora 20 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Qeyd edək ki, Hakan Yılmaz 2013-cü ildən narkotik maddələrin istifadəsində və satışında günahlandırılıb. Onunla birlikdə sürücüsü Əhməd Sağlam da narkotika alverində şöbhəli bilinir.

Məhkəmədə ifadə verən Hakan Yılmaz ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb. O, bildirib ki, fiziki baxımdan onun narkotikadan istifadə etməsi qeyri-mümkündür: “Biz aktyoruq. Gündəlik gərgin çəkilişlərdə iştirak edirik. Narkotika istifadəçisinin bu qədər gərgin işlrdə çalışması və 120 səhifə ssenari əzbərləməsi qeyri-mümkündür”.

Qeyd edək ki, 6 Avqust 2013 tarixində İstanbul Narkotik İdarəsi təşkil etdiyi əməliyyatda aralarında tanınmış simalar daxil olmaqla 53 nəfər tutmuşdu.

Müğənnilər Mehmet Erdem, Koray Candemir, Barış Güney və Cihan Güçlü, rejissorlar Uluç Bayraktar və Mehmet Can Karcı, aktyorlar Kenan İmirzalıoğlu, Engin Günaydın, Sarp Apak, Ersin Korkut, Gökçe Özyol, Murat Yıldırım, Eray Özbal, Cemil Büyükdöğerli, Duygu Yetiş, Kağan Razgırat, Onur Buldu, Şahin Irmak, Murat Eken, Erdem Baş 6-17 il, aktyor Hakan Yılmaz isə 20 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur.

…read more

From:: ANS